ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İqlim dəyişmələrinin uşaqlar üçün qlobal təsirləri müzakirə olunub
15 IYUN 2024 - 12:00

İyunun 14-də “İnsan hüquqları aylığı” çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşkil etdiyi “İqlim dəyişmələrinin uşaqlar üçün qlobal təsirləri” mövzusunda tədbir keçirilib. 
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və bir sıra QHT nümayəndələri iştirak ediblər. 
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova tədbir iştirakçılarını 
Mərkəzin fəaliyyəti, həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının inkişafı üçün yaradılan şəraitlə tanış edib.
İlk olaraq, Mərkəzdə istifadəyə yararlı olmayan eko və bio materiallardan "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində  hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Daha sonra təlimçilər - Jalə İsmayılova və Şəms Kuhi mərkəzdə təhsil alan uşaqlara “İqlim dəyişmələrinin uşaqlar üçün qlobal təsirləri” adlı təlim keçiblər. Təlimdə uşaqlara iqlim dəyişmələri ilə bağlı maarifləndirici təlim təqdim edilib, onlarla interaktiv dialoq baş tutub. 
Daha sonra Mərkəzin Audio səs-yazma, Floristika, Bədii Oyma, Xalçaçılıq, Musiqi, Dulusçuluq, Təsviri incəsənət, Rəqs-idman studiyaları ilə tanışlıq olub. 
Floristika, bağçılıq və landşaft dizaynı studiyasında master-klass da təşkil edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl