ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Regionlarda gənclərin karyera və şəxsi inkişafına yardım üzrə layihə icra olunur
15 IYUN 2024 - 13:00

"Elitar Gənc Biznesmenlər Mərkəzi” İctimai Birliyi “Kənd yerlərində gənclərin karyera və şəxsi inkişafına yardım” layihəsinin icrasına başlayıb.

8-9 iyun tarixlərində Göyçayda keçirilən təlimlərdə iştirakçılar üçün müxtəlif nəzəri və praktiki sessiyalar vasitəsilə karyera planlamasına yardım məqsədilə testlər və dəyərləndirmələr təşkil olunub, nəticələrə əsasən müvafiq məsləhətlər verilib. Oyunlar, qrup işləri təşkil olunub.

Layihənin məqsədi texnologiyanın inkişafı sayəsində lokal və qlobal əmək bazarına daxil olan yeni peşələrin region gəncləri arasında tanıdılması, onların həmin peşələrə uyğunluğunun ölçülməsi, eləcə də iş axtarma, əmək bazarında layiqli mövqe tutmaya yönəlmiş karyera məsləhəti xidmətinin göstərilməsidir.

Layihə çərçivəsində növbəti təlimlərin Qəbələ və İsmayıllı rayonlarında keçirilməsi planlaşdırılır.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl