ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Zəngilanda “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” adlı panel təşkil olunub
25 IYUN 2024 - 17:00

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun sonuncu paneli “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” olub. 
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənovun moderatorluğu ilə keçirilən müzakirələrdə
COP29 TK-nin üzvü, “Smart Nation” platformasının təsisçisi Şəbnəm Məmmədova, COP29 TK-nin üzvü, “EkoSfera” Sosial Ekoloji Mərkəzin sədri Firuzə Sultanzadə, COP29 TK-nın üzvü, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, iqlim dəyişmələri üzrə müstəqil ekspert İsa Əliyev təqdimatlarla çıxış edib, sualları cavablandırıblar.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl