Xankəndinə dönüş üçün hazırlıq işləri gücləndirilir
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi “Xankəndidə quruculuq və bərpa” adlı layihənin icrasını davam etdirir.
İyunun 4-dən icrasına başlanan layihənin məqsədi Böyük Qayıdış prosesinə dəstək olaraq müxtəlif rayonlarda məskunlaşan keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına dəstək vermək, Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri haqda sakinləri məlumatlandırmaqdır.
Layihə çərçivəsində Ucar, Mingəçevir, Gəncə, Ağcabədi, Bərdə rayonlarında məskunlaşan keçmiş məcburi köçkünlərlə görüşlər keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. Silsilə görüşlər Bakının Lökbatan qəsəbəsində “Qobu Park” yaşayış kompleksində, Goranboy rayonunda, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində də keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.