“Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin icrasına başlanılıb
İyulun 6-da ADA Universitetində “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyinin “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin açılış mərasimi keçirilib.
İctimai Birliyin sədri Nərminə Hüseynzadə bildirib ki, layihənin məqsədi hüquq tələbələri və gənc hüquqşünasların nəzəri biliklərinin praktikada tətbiqinə şərait yaratmaq, o cümlədən selektiv əsasda həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarətdir.
Layihə çərçivəsində iştirakçılara 1 aylıq təlimlər keçiriləcək və imtahandan uğurla keçmiş iştirakçılar 2 ay müddətində həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsində iştirak edəcəklər.
Təlimlərin sonunda iştirakçıların qiymətləndirilməsi üçün imtahan təşkil olunacaq və ən yüksək nəticə göstərən 12 iştirakçı layihənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşçkilatlarına Dövlət Dəstəyi Agentliyidir.