Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza yaradılır
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi çərçivəsində Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza yaradılacaq.
İctimai Birliyin sədri Cəsarət Hüseynzadə bildirib ki, Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var və bu istiqamətdə elektron baza bu işə töhfə verəcək.
Elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar azərbaycan və ingilis dillərində toplanılacaq. E-bazada müxtəlif kriteriyalar üzrə axtarış sistemi qurulacaq. İlkin mərhələdə 200 maddi-mədəni abidə haqqında məlumatların işlənilib bazaya daxil edilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində Qərbi-Azərbaycanın mədəni-tarixi abidələri ilə bağlı videoçarxlar da hazırlanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.