ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihənin icrası davam edir
08 IYUL 2024 - 13:00

İstedadlı Əlillər İctimai Birliyi “Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində iyulun 4-də Yevlax Reabiltasiya Mərkəzində növbəti tədbir keçirilib. 
Layihə rəhbəri Qubad Qasımov bildirib ki, layihənin məqsədi bölgələrdə fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini çəkməkdir. 
Tədbirdə Abilimpiya hərəkatı və Paralimpiya idman növləri barədə məlumat verilib, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və digər peşə-reabilitasiya mərkəzlərinə müraciətlə bağlı danışılıb, müzakirələr aparılıb, təkliflər səsləndirilib. 
Layihə çərçivəsində silsilə tədbirlər Xaçmaz və Şirvanda da keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşçkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl