ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Kəlağayı ənənələri yaşadılır
08 IYUL 2024 - 12:00

"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində iyulun 7-də Gəncə Dövlət Kukla Teatrında kəlağayıdan bəhs edən konsert keçirilib. 
İctimai Birliyin sədri Güllü Eldar Tomarlı bildirib ki, layihənin məqsədi xalqımızın milli-mənəvi dəyərlər sistemində özünəməxsus yer tutan kəlağayının təbliğidir.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri – şairlər, aşıqlar çıxışlar edib, Gəncə Uşaq İncəsənət məktəbinin ''Gəncə Qönçələri'' ansamblı rəqs nümayiş etdiyib. 
Layihə çərçivəsində silsilə tədbirlər Qazax, Şəki, Şamaxı və  Bakıda keçiriləcək, kəlağayıların sərgisi təşkil ediləcək. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl