Qubada şəhid ailələri ilə görüş keçirilib
Modern İnkişaf və Ailə İctimai Birliyi “Şəhid Ailələrinin Cəmiyyətə Sağlam İnteqrasiyasına Dəstək Olaq” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində 1-3 iyul tarixlərində müxtəlif bölgələrdən olan şəhid ailələri Qubaya səfər edərək orada yaşayan şəhid anaları ilə görüş-konfrans keçirilib.
İctimai Birliyin sədri Zərifə Quliyeva bildirib ki, şəhid ailələrinə daim diqqət və qayğı göstərmək, onların mənəvi-psixoloji vəziyyətlərnin yaxşılaşdırılmasına dəstək başlıca vəzifədir.
3 günlük səfər zamanı Quba Şəhidlər xiyabanı, Quba Soyqırımı Memorial Kompleksi və rayonunun müxtəlif yerləri ziyarət olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.