Qubada hüquqi konsultasiya xidməti göstərilib
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində iyulun 10-da Qubada bir qrup yerli sakinə hüquqi yardım göstərilib.
İctimai Birliyin sədri Xalid Kazımov bildirib ki, layihənin məqsədi Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarında yaşayan müharibədən zərərçəkən və aztəminatlı qruplardan olan şəxsləri hüquqi maarifləndirmək, onlara pulsuz hüquqi konsultasiya xidməti göstərmək və məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərini həll edərək sosial vəziyyətlərini yaxşılaşdırmaqdır.
Tədbir zamanı Quba rayonundan olan 24 nəfərə hüquqi konsultasiya xidməti göstərilib.
Ümumilikdə, layihəsi çərçivəsində Bərdə rayonunda keçirilən qəbulda 37 nəfər, Göyçayda 20, Şamaxıda 20 və Qubada 24 nəfər olmaqla 101 şəxslə görüşülərək hüquqi konsultasiya xidməti götərilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.