Gədəbəydə istedadların axtarışı üzrə müsabiqə keçirilib
"İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyi “Regionlarda istedadlı gənclərin inkişafına dair tədbirlər” adlı layihənin icrasını davam etdirir.
Layihə çərçivəsində iyulun 10-da Gədəbəy rayonunda növbəti istedad müsabiqəsi keçirilib.
Müsabiqədə müxtəlif sahələr üzrə gənclər içtirak edib, müxtəlif çıxışlar olub.
İctimai Birliyin sədri Vüsalə Sadıqova bildirib ki, layihənin məqsədi regionlarda yaşayan istedadlı uşaq və gənclərin aşkarlanaraq onların inkişafı və tanınmasına dəstək olmaqdır.
Qeyd edək ki, layihə çərçivəsində müsabiqələr Ucar və Şəki rayonlarında da keçirilib. Sonda seçilmiş iştirakçılar Bakıda yekun müsabiqədə iştirak edəcək, qaliblər diplomlarla mükafatlandırılacaqlar.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.