“COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə əlaqədar media üçün brifinq keçirilib
Bu gün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə bağlı brifinq keçirilib. Brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva
müsabiqə haqqında ətraflı məlumat verib, suallar cavablandırılıb.