Türkiyədə təhsildən kənar azərbaycanlı uşaqlarla bağlı layihə icra olunur
“Azərbaycan Maarifçi Qadınlar” İctimai Birliyi "Türkiyədə təhsildən kənar qalan azərbaycanlı məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi" adlı layihəsini icra edir.
Layihə çərçivəsində 7, 8 və 10 iyul tarixlərində "Azərbaycan Eğitim, Kültür ve Sosyal Dayanışma" təşkilatının binasında İstanbul şəhərinin Bayrampaşa rayonunun Kocatepe, Eyüpsultan rayonunun Rami, Güngören rayonunun qəsəbələrində yaşayan azərbaycanlılar üçün maarifləndirici seminarlar keçirilib.
İctimai Birliyin sədri Şərqiyyə Məmmədova bildirib ki, layihənin məqsədi gün ərzində 10-12 saat işləyən Azərbaycan vətəndaşı olan valideynlərin təhsildən kənar və nəzarətsiz qalaraq müxtəlif zərərli vərdişlərə yiyələnmək təhlükəsi ilə üz-üzə qalan məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsidir.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.