“Azərbaycan media landşaftı üzrə məlumat bazası” layihəsi icra olunur
Bu gün Azərbaycan Mətbuat Şurasının icra etdiyi “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində ilk toplantı keçirilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, layihənin məqsədi Azərbaycan media məkanı və media mühiti barədə vahid məlumat mənbəyinin formalaşdırılmasıdır. Media mühitini təsvir edən bütün informasiyaların vahid mənbədə toplanılması imkan yaradacaq ki, Azərbaycan media mühiti barədə detallı bilgi əldə etmək istəyənlər bir mənbəyə daxil olmaqla axtardıqları əsas informasiyaları əldə edə bilsinlər.
Toplantıda təkliflər qruplaşdırılıb.
Layihə çərçivəsində elektron bazanın yaradılması ilə yanaşı, Bakı şəhərində 5 konfransın keçirilməsi də nəzərdə tutulub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.