ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Uşaq istismarı ilə mübarizədə psixoloji yanaşma” adlı təlim keçirilib
16 IYUL 2024 - 21:12

“Sosial İş” İctimai Birliyi “Uşaq istismarı ilə mübarizəyə dair sosial işin aparılması” layihəsinin icrasını davam etdirir. 
Layihə çərçivəsində 2024-cü il iyulun 6-7-də “Uşaq istismarı ilə mübarizədə psixoloji yanaşma” adlı təlim proqramının ilk modulu həyata keçirilib. Təlim layihə çərçivəsində seçilmiş 20 nəfər sosial iş ixtisasında təhsil alan tələbələyə tədris olunub.  İştirakçılar travmalara məruz qalan uşaqların psixologiyasını anlamaq üçün “Uşaq istismarının psixologiyası və təsirləri” və “Uşaq istismarına məruz qalan uşaqlara psixoloji dəstək və müdaxilə üsulları” mövzusunda təlimlərə cəlb ediliblər. 
İctimai Birliyin sədri Səbinə Rüstəmova Əliyeva bildirib ki, layihənin əsas məqsədi uşaq istismarının qarşısının alınmasında sosial işçilərin bacarıqlarını artırmaqdır.
Layihə çərçivəsində silsilə təlimlər davam edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl