Göyçayda şair Əli Kərimin yaradıcılığına dair tədbir keçirilib
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi “Şair Əli Kərim yaradıcılığının təbliği” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində iyulun 15-də Göyçay rayonunda Heydər Əliyev Mərkəzində “Yolun düşsə, bir də gəl” adlı musiqili-bədii gecə keçirilib.
Tədbirdən əvvəl Əli Kərimin məzarı ziyarət olunub.
İctimai Birliyin sədri Jalə Cəfərova bildirib ki, layihənin məqsədi görkəmli şair Əli Kərimin yaradıcılığını gənc nəsillərə aşılamaq, xatirəsini əbədiləşdirməkdir.
Tədbirdə Əli Kərimin həyat və yaradıcılığına dair müxtəlif çıxışlar olub, həyatı ilə bağlı səhnəcik göstərilib. Musiqilər səslənib, şeirlər deyilib.
Sonda rəssam Ehtiram Kərimov Əli Kərimin portretini ailəsinə hədiyyə edib.
Layihə çərçivəsində daha bir tədbir avqust ayında icra olunacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.