ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Türkiyədə "Zəngəzur sənətkarlığı" adlı sərgi keçirilib
22 IYUL 2024 - 12:00

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyi "Zəngəzur sənətkarlığı" layihəsinin icrasını davam etdirir. 
Layihə çərçivəsində İstanbulun Üsküdar Bələdiyyəsinin "Validə Sultan" gəmisində "Zəngəzur sənətkarlığı" adlı sərgi keçirilib.
İctimai Birliyin sədri Lalə Sərdarlı bildirib ki, layihənin məqsədi Qərbi Azərbaycanın azərbaycanlılara məxsus, o cümlədən Türk dünyasının ortaq mədəni irsinin inciləri sayılan tarixi memarlıq abidələri, zəngin mədəni irs incilərinin elementlərini özündə ehtiva edən dekorativ tətbiqi sənət nümunələrinin hazırlanması və təbliği, eləcə də Türkiyədə tanıdılmasıdır.  
Layihə çərçivəsində daha bir tədbir avqust ayında icra olunacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl