ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Fiziki məhdudiyyətli şəxslərə diqqət göstərilir
22 IYUL 2024 - 20:50

“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi “Fiziki məhdudiyyətli şəxslərin asudə vaxtlarının səmərəli təşkili” layihəsinin icrasını davam etdirir. 
Layihənin məqsədi sağlamlığı məhdud şəxslərin vaxtlarının səmərəli, əyləncəli keçirmələrinə şərait yaratmaqdır. 
Layihə çərçivəsində iyulun 14-də yaşından asılı olmayaraq, bir qrup sağlamlıq imkanları məhdud şəxslərin açıq havada istirahətləri təmin edilib. Onlar film izləyib, musiqi dinləyib, rəqs ediblər. 
Silsilə tədbirlər avqustun sonunadək keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl