ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Region gəncləri insan alverinə qarşı mübarizədə birləşir
22 IYUL 2024 - 21:00

“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin icra etdiyi "Region gəncləri insan alverinə qarşı mübarizədə" layihəsi yekunlaşıb.  
Layihə çərçivəsində 18-19 iyul tarixlərində Qəbələ rayonunda “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində” 120-yə yaxın gəncin iştirakı ilə seminar təşkil olunub. 
Layihənin rəhbəri Teymur Alşanov bildirib ki, layihənin məqsədi insan alverinə qarşı mübarizədə gənclərin rolunun artırılmasına, insan alveri ilə bağlı cinayətkarlığın qarşısının maariflənmə yolu ilə alınması, bu cinayətkarlığa qarşı Azərbaycan Respublikası ərazisində bütün strukturların və ictimaiyyətin sıx əlaqəli fəaliyyətinə töhfə verməkdir.
Seminarın sonunda iştirakçıları maraqlandıran mövzular haqqında müzakirələr aparılıb, suallar cavablandırılıb. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl