Ağsuda “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” layihəsi icra olunub
Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyi “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində iyulun 19-da Ağsu rayonunda Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
İctimai Birliyin sədri Sveta Rəfiyeva bildirib ki, layihənin məqsədi ürək qan-damar sistemi xəstəliklərinin inkişaf riski, bu xəstəliklərin ağırlaşmasının profilaktikası barədə əhalini maarifləndirmək, praktiki tövsiyələr vermək, kardioloji xəstəliklərin ağırlaşmasının qarşısını qismən də olsa, almaqdır.
Tədbirə qatılan iştirakçılara 30 sualdan ibarət test vərəqələri paylanıb. Daha sonra testlər yoxlanıb, təhlil olunub.
Layihə çərçivəsində analoji tədbirlər Ucar, Zərdab, Göyçay rayonlarında da keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.