Peşə fəaliyyəti zamanı Ermənistanın terror fəaliyyətinin qurbanına çevrilmiş azərbaycanlı media mənsubları barədə videoçarx hazırlanır
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi “Şəhid imza” adlı layihənin icrasına başlayıb.
Layihə çərçivəsində 2023-cü il antiterror əməliyyatlarına qədər Qarabağ və Şərqi Zəngəzurda şəhid olan media mənsublarının xatirəsinə həsr olunmuş videoçarx hazırlanacaq.
İctimai Birliyin sədri Günel Gözəlova bildirib ki, layihənin məqsədi peşə fəaliyyəti zamanı Ermənistan dövlətinin terror fəaliyyətinin qurbanına çevrilmiş azərbaycanlı jurnalistlər barədə xarici auditoriyada məlumatlılığın artırılmasıdır.
“Şəhid imza” layihəsinin icrasına iyul ayının 1-dən başlanıb, sentyabrın sonuna qədər davam edəcək.
Layihənin donoru Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.