ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinə Şimali Kiprdə yekun vurulub
27 IYUL 2024 - 12:00

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi icra etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində Şimali Kipr Türk Respublikasında Yay Məktəbində iştirak edən şəhid övladları iyulun 20-də Şimali Kipr Türk Cümhuriyyətində Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı keçirilən tədbirdə iştirak ediblər. Bayram tədbirinə ŞKTC prezidenti Ersin Tatar və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb. 
Tədbirdə Azərbaycandan şəhid övladları ilə yanaşı, Milli Məclis üzvləri, ictimaiyyən nümayəndələri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təmsilçisi Fuad Rzazadə də iştirak edib.
Daha sonra şəhid övladları Şimali Kiprdə görməli yerləri ziyarət ediblər.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl