ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Cəzaçəkmə müəssisəsində məhkum qadınların azadlığa hazırlanması istiqamətində layihə icra olunub
27 IYUL 2024 - 12:20

Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyi “Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının hazırlanması” layihəsinin icrasını davam etdirir. 
Layihə çərçivəsində iyulun 24-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınların problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına, sahibkarlıq və məşğulluq imkanlarının artırılmasına, yenidən cəmiyyətə sağlam qüvvə kimi qayıtmasına yönəldilmiş tədbir keçirilib.
İctimai Birliyin sədri Zülfiyyə Nuriyeva bildirib ki, görüşün məqsədi cəza çəkən qadınların azadlığa hazırlanması, habelə azad olunduqdan sonra onların qısa müddət ərzində işlə təmin olunmalarında köməklik məqsədilə məhkumların istəklərini və peşə imkanlarını nəzərə alaraq, məhkumluq müddətini bitirməyə 3 ay qalmış məhkum qadınlarla müxtəlif sahələr üzrə sahibkarlıqla məşğul olan qadınlar arasında gələcək fəaliyyətin qurulmasına dəstək göstərməkdir.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl