ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mingəçevirdə uşaqlar üçün təlim keçirilib
27 IYUL 2024 - 12:30

Ailələrə Sosial Dayaq İctimai Birliyi “Ailələrin sosial müdafiəsi” adlı layihənin icrasına başlayıb.
Layihə çərçivəsində iyulun 20-də ilk tədbir təşkil olunub.
İctimai Birliyin sədri Knyaz Yusifov bildirib ki, layihənin məqsədi aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görmək, uşaqların özlərini kəşf edə bilmələrinə kömək etməkdir. Layihənin hədəf qrupu 6-13 yaş arası uşaqlardır.  
Tədbir zamanı psixoloq tərəfindən hədəf qrupunun üzvlərinin bir-birlərini yaxından tanımaları üçün oyunlar, psixoloji testlər təşkil edilib. Sonda iştirakçılar üçün gəmi gəzintisi təşkil olunub. 
Layihə çərçivəsində uşaqların sosial inkişafı üçün silsilə təlimlər davam edəcək, müxtəlif müsabiqələr keçiriləcək, ekskursiyalar təşkil ediləcək. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl