“Zəfər üçün oxu” layihəsi əsasında musiqi klipi çəkilib
“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Zəfər üçün oxu” layihəsinin icrasını tamamlamaq üzrədir.
Layihə çərçivəsində sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, musiqisi Bəbir Bəbirliyə məxsus yeni yazılan “Azərbaycan” mahnısına klip çəkilib. İfaçılar Vətən müharibəsi iştirakçıları - Məbud Əhmədov, Cahangir Əliyev və Murad Bayramlıdır.
İctimai Birliyin sədri Ülviyyə Bəbirli bildirib ki, Ağdam, Əsgəran, Xocalı, Laçın, Şuşa və Xankəndidə çəkilişləri baş tutan “Zəfər üçün oxu” layihəsi əsasında ərsəyə gələn musiqi klipi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.