ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Region qadınlarının məşğulluq imkanlarının yüksəldilməsi" layihəsi yekunlaşıb
29 IYUL 2024 - 23:30

“Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi "Region qadınlarının məşğulluq imkanlarının yüksəldilməsi" layihəsinin icrasını yekunlaşdırıb. 
Layihə çərçivəsində Salyan, Neftçala, Biləsuvar, İmişli və Saatlı rayonlarında hər birində 30 nəfər olmaqla ümumilikdə 150 nəfər qadın üçün maarifləndirici təlimlər keçirilib. 
İctimai Birliyin icraçı direktoru Gülnarə Bağırova bildirib ki, layihənin məqsədi regionlarda qadınlara məşğulluq, karyera, iş axtarışına və peşə bacarıqlarının yüksəldilməsinə dəstək verməkdir.
Təlimlərdə interaktiv təqdimat aparmaqla iştirakçılara məşğulluq, karyera, iş imkanları, CV, istək məktubu yazmaq, iş söhbətlərinə hazırlaşmaq və peşə-ixtisas seçimi mövzularında geniş məlumatlar verilib, iştirakçılarla mövzular ətrafında qarşılıqlı müzakirələr aparılıb. Təlimlərin sonunda iştirakçılara sertifikatlar verilib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl