Sumqayıtda və Şirvanda “İctimai və sosial bəla: narkomaniya!” adlı tədbirlər keçirilib
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi “İctimai və sosial bəla: narkomaniya!” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində iyulun 29-da Sumqayıt şəhərində tədbir keçirilib.
Layihə rəhbəri Telman Məmmədov bildirib ki, layihənin məqsədi həyati proseslərə qarşı laqeydlik yaradan, yaddaş və təfəkkürü pozan, “ağ ölüm” hesab edilən narkomaniya ilə mübarizə istiqamətində cəmiyyəti maarifləndirməkdir.
Tədbir zamanı ekspertlər tərəfindən məlumatlandırma aparılıb, narkomaniya ilə mübarizə ilə bağlı təkliflər səslənib, suallar cavablandırılıb.
İctimai Birlik tərəfindən hazırlanan sosial çarx izlənib.
Layihə çərçivəsində analoji tədbir Şirvanda da keçirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.