Qusarda "Milli-mənəvi dəyərlərin yaşadılması" adlı tədbir keçirilib
Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi "Milli-mənəvi dəyərlərin yaşadılması" layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində 2024-cü il iyulun 29-da Qusar rayonunda tədbir keçirilib.
İctimai Birliyin sədri Həsən Qarayev bildirib ki, layihənin məqsədi milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində ictimaiyyəti maarifləndirməkdir.
Tədbir zamanı milli-mənəvi dəyərlərimizlə bağlı müxtəlif çıxışlar olub, müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb.
Layihə çərçivəsində Bakıda, Masallı və Saatlı rayonlarında da silsilə tədbirlər keçirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.