ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Qadınların iqtisadi azadlığının təşviqi” layihəsi yekunlaşıb
31 IYUL 2024 - 10:50

“Regional İnkişafın Dəstəklənməsi” İctimai Birliyi “Qadınların iqtisadi azadlığının təşviqi” layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində Masallı, Lənkəran, Astara, Cəlilabad və Biləsuvar rayonlarında hər birində 25 nəfər olmaqla, ümumilikdə 125 nəfər üçün maarifləndirici təlimlər keçirilib. 
İctimai Birliyin sədri Rafət Şirəliyev bildirib ki, layihənin məqsədi aztəminatlı ailələrdə qadınların cəmiyyətdə iqtisadi fəallığının artırılmasına dəstək verməkdir.
Təlimlərdə qadınların iqtisadi azadlığı, şəxsi büdcənin idarə edilməsi, qadınlar üçün həyata keçirilən proqram və layihələr, qadınların işgüzar həyatda rolu kimi mövzular ətrafında müzakirələr aparılıb, komanda işləri həyata keçirilib və təkliflər dinlənilib. Təlimin sonunda iştirakçılara  sertifikatlar təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl