ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” layihəsi icra olunur
01 AVQUST 2024 - 09:00

“Sağlamlığa Xidmət” İctimai Birliyi "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində 2024-cü il iyulun 26-da Salyan rayon Mərkəzi Xəstəxanası PHŞ-nin vərəm şöbəsində tədbir keçirilib. 
Layihə rəhbəri Samirə Muxtarova bildirib ki, layihənin məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, yaxınlarını məlumatlandırmaq və vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir.
Tədbirdə iştirakçılarla maarifləndirici söhbətlər aparılıb, vərəmlə bağlı ÜST-ün açıqlamaları təqdim edilib, psixoloji dəstək mövzusunda məlumatlandırma aparılıb. 
İnteraktiv şəkildə keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, analoji tədbirlər iyun ayında Sumqayıt, Şirvan şəhərlərində keçirilib, növbəti tədbirlər isə avqustda Masallı, Sabirabad, Ağcabədi rayonlarında təşkil ediləcək. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl