Şamaxıda ”Cinayətkarlığa qarşı mübarizə" mövzusunda tədbir keçirilib
“XXI Əsrin Qadınları” İctimai Birliyi "Cinayətkarlığa qarşı mübarizə" layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində avqustun 1-də Şamaxı Yaradıcılıq Mərkəzində tədbir keçirilib.
İctimai Birliyin sədri Mahirə Əmirhüseynova bildirib ki, layihənin məqsədi insan alveri ilə mübarizə və ondan xilas yolları barədə ictimaiyyəti maarifləndirməkdir.
Tədbirdə insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları və digər mövzularda çıxışlar edilib. İştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində analoji tədbir Qubada da keçirilib və növbəti günlərdə Xızı və Abşeron rayonlarında da olacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.