İşğaldan azad edilmiş ərazilərdə “Hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi” adlı layihə həyata keçirilib
“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi “Hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə - Hadrut, Xankəndi və Suqovuşanda yerləşən hərbi hissələrdə tədbirlər təşkil edib.
Tədbirdə 44 günlük Vətən müharibəsi zamanı ordumuzun qələbəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, dövlətin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışılıb.
Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mövzusunda musiqilər səslənib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.