“COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə əlaqədar informasiya sessiyası keçirilib
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə əlaqədar QHT-lər üçün informasiya sessiyası keçirilib.
Görüş “Zoom” platformasında onlayn formatda baş tutub.
Görüşdə Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova,
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı və Agentliyin struktur bölmə rəhbərləri və 50-dən artıq QHT nümayəndəsi iştirak edib.
Görüşə qoşulma bütün QHT-lər üçün sərbəst olub.
QHT nümayəndələrinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə müraciətlə bağlı sualları cavablandırılıb, müvafiq izahlar verilib.