“Müharibə veteranlarına və şəhid ailələrinə dəstək” layihəsi icra olunub
“İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi “Müharibə veteranlarına və şəhid ailələrinə dəstək” adlı layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində Şirvan Şəhər Gənclər Evində, Astara Şəhər Gənclər Evində və Quba Rayon Tarix-Diyarşünaslıq muzeyində bir qrup müharibə veteranı və şəhid ailələri ilə görüşlər keçirilib, onlara hüquqi və psixoloji xidmət göstərilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.