Salyanda "Qadınların cəmiyyətə inteqrasiyasında erkən nikah sindromu" mövzusunda tədbir keçirilib
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi "Qadınların cəmiyyətə inteqrasiyasında erkən nikah sindromu" layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Salyanda tədbir keçirilib.
İctimai Birliyin sədri Fatima Hacıbəyli bildirib ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında ailə dəyərləri barədə maarifləndirmə işləri aparmaq, erkən nikahların, məişət zorakılığının qarşısının alınması istiqamətində ictimaiyyəti məlumatlandırmaqdır.
Silsilə tədbirlər Biləsuvar, Masallı və Lənkəranda da keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.