ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Gələn ay türk dünyası gənc yazarlarının I Bakı forumu keçiriləcək
11 AVQUST 2024 - 12:00

Dünya Gənc Türk Yazarlar İctimai Birliyi “Türk dünyası gənc yazarlarının I Bakı forumu” layihəsinin icrasına başlayıb.

İctimai Birliyin sədri İntiqam Yaşar bildirib ki, layihənin məqsədi Türk dünyasının ortaq ədəbi-mədəni əlaqələrini gücləndirmək üçün birgə fəaliyyətin artırılmasıdır.

Layihə çərçivəsində türk dünyası gənc yazarlarının I Bakı forumu bu ilin sentyabr ayında keçiriləcək. Daha sonra onların yaradıcılıq nümunələrindən ibarət kitab da nəşr olunacaq.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl