ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Zəfər üçün oxu!” layihəsi üzrə musiqi klipi ərsəyə gəlib
23 AVQUST 2024 - 12:00

2024-cü il avqustun 22-də Nizami Kino Mərkəzində “Zəfər üçün oxu!” layihəsi çərçivəsində ərsəyə gələn musiqi klipinin təqdimat mərasimi keçirilib. 
İctimai Birliyin sədri Ülviyyə Bəbirli bildirib ki, layihənin məqsədi Vətən sevgisini, zəfər sevincini incə hislərlə dinləyicilərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, eyni zamanda Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirmək olub. 
Layihə çərçivəsində sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, musiqisi Bəbir Bəbirliyə məxsus yeni yazılan “Azərbaycan” mahnısına klip çəkilib. İfaçılar Vətən müharibəsi iştirakçıları - Məbud Əhmədov, Cahangir Əliyev və Murad Bayramlıdır. 
Klipin çəkilişləri Ağdam, Xocalı, Laçın, Şuşa və Xankəndidə baş tutub.
Klip çəkilişi zamanı ifaçıların geyimləri Azərbaycan Milli Geyim Mərkəzi tərəfindən təqdim olunub. Klipin rejissoru Elnur Cəbrayılov, operatoru Orxan Qurbanovdur.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl