ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib
24 AVQUST 2024 - 12:00

2024-cü il avqustun 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-lərin rəhbər şəxsləri ilə görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Elm, təhsil, mədəniyyət, səhiyyə və gender siyasəti məsələləri sektorunun baş məsləhətçisi Elçin Adıgözəlov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və digər məsul şəxlər iştirak edib. 
Aparılan ətraflı müzakirələrdə səhiyyə profili üzrə iş aparan QHT-lərdən olan ictimai gözləntilər, Azərbaycan dövlətinin səhiyyə siyasətinin prioritetlərinə uyğun olaraq, QHT-lərin ümumi işə, o cümlədən xəstəliklərin müalicəsinə dair tibbi protokolların təkmilləşdirilməsi prosesinə töhfələrinin artırılması imkanları nəzərdən keçirilib. 
İctimai birlik təmsilçiləri Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan COP29 QHT Koalisiyasının işində də fəal iştirak etdiklərini bildiriblər.
Qarşıdakı dövrdə səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin Forumunun keçirilməsi, bu sahədə ixtisaslaşmış peşə birliklərinin rolunun artırılmasına dair təkliflər səsləndirilib. 
Prezident Administrasiyasının, Səhiyyə Nazirliyinin, TƏBİB-in, AHİK-in və digər əlaqədar qurumların nümayəndələri müvafiq qeydlər götürüblər, təkliflər dinlənilib, suallar cavablandırılıb. 
Müxtəlif profil üzrə ixtisaslaşmış QHT-lərlə görüşlər davam etdiriləcək.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl