ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi başa çatıb
28 AVQUST 2024 - 12:00

"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin icra etdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsinin icrası yekunlaşıb. 
Layihə çərçivəsində avqustun 26-da Şamaxı rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. 
Tədbirdə ''Kəlağayı Ev Muzeyi''nin 200 qədimi kəlağayıları, əl işləri, qədimi tikmələr  sərgilənib,  kəlağayıdan bəhs edən şeirlər səsləndirilib, saz havaları üstündə mahnılar oxunub. İctimai Birliyin sədri Güllü Eldar Tomarlı bildirib ki, layihənin məqsədi xalqımızın milli-mənəvi dəyərlər sistemində özünəməxsus yer tutan kəlağayının təbliğidir.
Layihə çərçivəsində analoji tədbirlər Gəncə, Qazax, Şəki və Bakıda da keçirilib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl