“Regionlarda marketinq sahəsi üzrə savadlılığın artırılması” layihəsi yekunlaşıb
“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək ” İctimai Birliyinin icra etdiyi “Regionlarda marketinq sahəsi üzrə savadlılığın artırılması” adlı layihə yekunlaşıb.
İctimai Birliyin sədri Xəyalə Mütəllimova bildirilib ki, layihənin məqsədi marketinq sahəsi üzrə ictimaiyyəti maarifləndirmək, bu istiqamətdə peşəkarlığı artırmaqdır.
Layihə çərçivəsində Gəncə və Lənkəran şəhərlərində 50 nəfərə yaxın iştirakçıya təlimlər keçirilib.
Təlimlərdə iştirakçılar "Marketinqin biznesin inkişafında rolu", "Rəqəmsal marketinqin yeri və vəzifələri", "Biznesin inkişaf strategiyaları" və digər mövzularda biliklərə yiyələnib. Qrup işləri aparılıb, suallar cavablandırılıb.
Yekunda iştirakçılara sertifikatlar verilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.