ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Bir qrup şəhid və veteranlar övladları üçün əyləncəli idman yarışları təşkil olunub
28 AVQUST 2024 - 14:00

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Şəhid və veteran övladları arasında idman yarışlarının keçirilməsi” layihəsi yekunlaşıb.
2024-cü il avqustun 8-i Quba Olimpiya İdman Kompleksində, avqustun 22-də isə Masallı Olimpiya İdman Kompleksində şəhid və veteran övladları üçün əyləncəli idman yarışları keçirilib. 
İctimai Birliyin sədri, şəhid anası Tünzalə Abduləlimova bildirib ki, layihənin məqsədi regionlarda yaşayan şəhid və veteran övladlarının fiziki sağlamlığını qorumaq və inkişaf etdirmək, onların idmana marağını artırmaqdır. 
Yarışlara 50 nəfərdən artıq iştirakçı qoşulub. Sonda iştirakçılara diplom və hədiyyələr təqdim olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl