“Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” layihəsi yekunlaşıb
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların təmizlənməsinə, həmçinin infrastruktur layihələrinin həyata keçirilməsinə cəlb olunmuş yerli və xarici qurumların rəhbərləri, mina təmizləyənlərlə minaların və PHS yaratdığı problemlər öyrənilib, müvafiq qeydlər aparılıb. Sonda 16 bölmədən və 22 səhifədən ibarət hesabat hazırlanıb, təqdim edilib.
Hesabatda minaların və PHS-in qurbanlara təsirinin ciddi narahatlıqlar yaratdığı əks olunur, problemin miqyası və onun həlli üçün ölkəmiz tərəfindən görülən işlər əks olunur.
İctimai Birliyin sədri Hafiz Səfixanov bildirib ki, hesabatın məqsədi beynəlxalq ictimaiyyətdə qərar qəbul edən və rəy formalaşdıran şəxslərə Azərbaycanda minalar və PHS problemi haqqında dəqiq məlumat təqdim etmək, həmçinin Azərbaycanın öz torpaqlarını minalardan və PHS-dən təmizləmək səylərinə çox böyük beynəlxalq dəstək tələb etməkdir.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.