ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Gənclərin karyera quruculuğu məktəbi” layihəsi başa çatıb
30 AVQUST 2024 - 12:00

“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Gənclərin karyera quruculuğu məktəbi” adlı layihə başa çatıb.
Layihə çərçivəsində 80-dən çox gəncin iştirak etdiyi təlimlər təşkil edilib. 
İctimai Birliyin sədri Fidan Ağayeva bildirib ki, layihənin məqsədi gənclərə peşəkar CV yazmaq, motivasiya məktubunu hazırlamaq, müsahibə mərhələsində özünü təqdim etmək və karyera planlanması bacarıqlatının artırılmadına dəstək olmaqdır. 
Təlimlər qeyri-formal təhsil metodikası ilə interaktiv formada keçirilib. 
Layihə çərçivəsində, həmçinin GSM Analitik İşçi Qrupu tərəfindən hazırlanan “Gənclər üçün metodik vəsait” çap olunub. 
Layihənin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim edilib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl