ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Regionlarda istedadlı gənclərin inkişafına dair tədbirlər” layihəsi icra olunub
03 SENTYABR 2024 - 23:55

"İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin icra etdiyi “Regionlarda istedadlı gənclərin inkişafına dair tədbirlər” adlı layihə yekunlaşıb. 
Layihə çərçivəsində Ucar, Şəki, Gədəbəy və Bakıda istedad müsabiqələri keçirilib, sonda mükafatlandırılma və yekun konsert tədbiri baş tutub.
Müsabiqələrdə müxtəlif sahələr üzrə çıxışlar olub, xüsusilə uşaq və gənclər iştirak edib. 
İctimai Birliyin sədri Vüsalə Sadıqova bildirib ki, layihənin məqsədi regionlarda yaşayan istedadlı uşaq və gənclərin aşkarlanaraq onların inkişafı və tanınmasına dəstək olmaqdır.  
Layihənin yekununda müsabiqələrdə qalib gələn 12 nəfər təltif edilib, 100-dən çox uşaq və gənc isə həvəsləndirici diplomla mükafatlandırılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl