“Dezinformasiyaya qarşı mübarizə vasitələri” layihəsi çərçivəsində konfrans keçirilib
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində avqustun 30-da Azərbaycan Mətbuat Şurasında konfrans keçirilib.
İctimai Birliyin sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin məqsədi Azərbaycanda dezinformasiyaya qarşı mübarizədə innovativ dayanıqlılığın yaradılmasıdır.
Layihə çərçivəsində inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq edilən mexanizmlər barədə məlumatlar toplanılıb, Almaniya, Fransa, Türkiyə, Çin, Rusiya və ABŞ-də tətbiq olunan modellər öyrənilib. Modellər barədə maarifləndirici məqalələr hazırlanaraq media subyektlərində dərc edilib və Azərbaycan xəbər istehsalçılarının inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə üçün tətbiq edilən qanunlar və inzibati mexanizmlər barədə məlumat almalarına imkan verən məlumat bazası hazırlanıb.
Konfrans müzakirələrlə davam edib, suallar cavablandırılıb, müvafiq qeydlər aparılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.