ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə başa çatıb
04 SENTYABR 2024 - 09:31

"Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyi tərəfindən icra edilən "Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə yekunlaşıb.
Layihə çərçivəsində fiziki məhdudiyyətli şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzində tədbirlər keçirilib.
İctimai Birliyin sədri Ruhin Cəfərov bildirib ki, layihənin məqsədi əlilliyi olan şəxslər arasında paralimpiya idman növlərini təbliğ etmək, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Tədbirlər zamanı 100-ə yaxın fiziki məhdudiyyətli şəxsə paralimpiya idman növləri haqqında məlumat verilib, "Paralimpiya idman növləri", "Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya üsulları" və digər mövzularla çıxışlar edilib. İştirakçılar paralimpiya idman növləri və bəzi abilimpiya oyunları ilə də əyani tanış olublar. Eşitmə və nitq qabiliyyəti məhdud iştirakçı şəxslər üçün çıxışlar jest dilində tərcümə edilib.
Layihənin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl