Biznes və innovasiyalar üzrə təlimlər keçirilib
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Yeni nəsil sahibkarların yetişdirilməsi: biznesin və innovasiyaların idarəedilməsi üzrə təlimlər” layihəsi başa çatıb.
İctimai Birliyin sədri Sevinc Fədai bildirib ki, layihənin məqsədi rəqəmsal dövrün tələblərinə uyğun gənc sahibkarlar yetişdirmək, onların yerli iqtisadiyyata müsbət töhfələri üçün bilik və bacarıqlarını artırmaqdır.
Layihə çərçivəsində gənclərin hədəflərinə çatmaqda qətiyyətli olmalarını dəstəkləmək üçün NLP texnikalarına əsaslanan psixoloji təlimlər, biznes, komanda idarəetməsi bacarıqlarının təkmilləşdirilməsi təlimlər təşkil edilib.
Gələcəyin liderlərini yetişdirmək və onları davamlı biznes modelləri yaratmağa həvəsləndirmək üçün gənclərə xüsusi mentorluq xidməti təqdim edilib, iştirakçılar uğurlu sahibkar hekayələri və təcrübələri ilə tanış edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.