"Mən evdən uzaqdayam!" adlı filmin çəkilişləri davam edir
“Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İctimai Birliyi "Mən evdən uzaqdayam!" adlı layihəsinin icrasını davam etdirir.
İctimai Birliyin sədri Əfsələddin Ağalarov bildirib ki, layihənin məqsədi Ermənistanın müharibə cinayətlərini ifşa etməkdir.
Layihə çərçivəsində avtobioqrafiq müsahibələr əsasında sənədli film çəkilir. Filmdə girovluq həyatı keçirmiş 6 nəfər Xocalı sakininin ağrılı hekayələri təqdim ediləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.