“Digital Diplomatlar” layihəsinin icrası davam edir
Dünya Azərbaycanlıları Gənclər Təşkilatı “Digital Diplomatlar” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində tələbələrlə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin görüşü təşkil edilib. Görüş zamanı “Xarici siyasətin kommunikasiyası” mövzusunda ətraflı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimai Birliyin sədri Ramin Həbibzadə bildirib ki, layihənin məqsədi gənclərin diplomatiya ilə əlaqədar saxta xəbər və dezinformasiyalarla mübarizə bacarıqlarının inkişaf etdirilməsi, “fake news”la mübarizə yollarının öyrədilməsidir.
Layihə çərçivəsində bundan əvvəl “Media sahəsində diplomatik fəaliyyətin təşkili”, “Sosial media alətlərindən istifadə etməklə gənclərin xarici siyasətdə rolu”, “44 günlük Vətən müharibəsində Azərbaycana qarşı “Fake news”” mövzularında görüşlər də təşkil edib. Görüşlərdə əsasən diplomatiya, jurnalistika, politologiya, hüquq, tarix və IT sahəsi üzrə təhsil alan tələbələr iştirak edib.
Layihə çərçivəsində silsilə görüşlər davam edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.