Haaqada “Musiqi ilə eldən elə” layihəsi baş tutub
Xan Şuşinski Fondunun icra etdiyi “Musiqi ilə eldən elə” layihəsinin icrası başa çatıb.
Layihə çərçivəsində Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı”nda muğam musiqisi təqdim edilib.
İctimai Birliyin sədri Bəyimxanım Verdiyeva bildirib ki, layihənin məqsədi milli musiqilərimizin, muğamlarımızın bir çox ölkələrdə təbliğ edilməsidir.
Festivalda xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və Əməkdar artist, kamança ustası Toğrul Əsədullayevin müşayiəti ilə bir çox muğam dəstgahları ifa edilib. Musiqiçilərimizin ifası festival ziyarətçiləri tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.